Yığmamız biabırçı məğlubiyyətdən qaça bildi

Yığmamız biabırçı məğlubiyyətdən qaça bildi

Bu gün 21 yaşlılardan ibarət milli komandamız (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin final mərhələsinə yüksəlmək uğrunda son ev oyununu keçirən millimiz Farer adaları ilə qarşılaşıb.

Görüş gənclər millimiz üçün tarixində 91-ci sınaq olub. Baş məşqçi Yaşar Vahabzadə isə 12-ci dəfə bu komandanın meydana çıxarıb.

Azarkeşlər iki komanda arasındakı ilk oyunda səfərdə minimalhesabla qalib gəldiyimiz rəqib qarşısında bu matçın da asan keçəcəyini düşünürdülər. Ancaq gözləntilər özünü doğrultmayıb. İlk hissənin sonuna 5 dəqiqə qalmış qonaqlar hesabı açıblar.

Millimiz ikinci hissədə qolun əvəzini çıxmağa çalışsa da, buna nail olmaq o qədər də asan olmayıb. Qrupdakı bütün oyunlarından məğlubiyyətlə ayrlmış rəqibə evdə biabırçı yenilgidən qurtulmaq isə sona iki dəqiqə qalmış mümkün olub. "Qarabağ"ın hücumçusu Mahir Mədətov bərabərlik qolunu vurub. Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə də başqa qol olmayınca oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Farer adaları tsikldəki ilk xalını bizim millimizə qarşı, həm də səfərdə qazanıb. Paralel keçən digər oyunda Rusiya yığması da Avstriya ilə bərabərliyə razılaşıb və millimizin qrup sıralamasındakı yeri dəyişməyib.

AÇ-2017, Seçmə mərhələ

7-ci qrup

6 sentyabr

Azərbaycan U-21 – Farer adaları U-21 - 1:1

Qollar: Mahir Mədətov, 88 - Ari Mohr Olsen, 40

Baş hakim: Dmitriu Muntean

Yan xətt hakimləri: Vitali Qorbatov, Vlad Lifsiu

Dördüncü hakim: Yuri Kovtun (hamısı Moldova)

Bakı. “Dalğa Arena”

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. İlter Taşkın, 9. Elnur Cəfərov, 10. Namiq Ələsgərov, 11. Mahir Mədətov, 16. Elvin Camalov, 17. Abbas Hüseynov, 20. Azər Salahlı (k)

Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 4. Sərtan Taşkın, 13. Tural Hümbətov, 15. Murad Musayev, 16. Orxan Əliyev, 21. Budaq Nəsirov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə

Farer adaları: 1. Niklas Tomsen, 3. Ari Mohr Olsen, 4. Andreas Eriksen (k), 5. Hördur Askhem, 6. Yonas Qeyel Hansen, 7. Yoannes Byartalib, 9. Yakub Tomsen, 11. Teit Yakobsen, 13. Qestur Dam Boqason, 15. Yakub Olsen, 18. David Lanqqaard

Ehtiyat oyunçular: 12. Karstin Hansen, 8. Patrik Yohanesson, 10. Hannes Aqnarsson, 14. Yakub Hansen, 16. Maqnus Eqilsson, 17. Petur Knudsen

Baş məşqçi: Bill Yakobsen

1.

Almaniya

7

7

0

0

26:4

21

2.

Avstriya

8

6

1

1

20:8

19

3.

Finlandiya

7

4

0

3

12:8

12

4.

Azərbaycan

9

2

2

5

8:19

8

5.

Rusiya

8

2

2

4

11:14

8

6.

Farer adaları

9

0

1

8

3:27

1

0
8