Ər-Riyad neft hasilatını “dondurmağa” hazırdır

Ər-Riyad neft hasilatını “dondurmağa” hazırdır

Səudiyyə Ərəbistanı müvafiq razılaşmaların əldə olunacağı təqdirdə neft hasilatının səviyyəsinin “dondurulması” prinsipinə əməl edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr bildirib.   

 

“Neftin hasilatının “dondurulması”na dair saziş əldə olunarsa, Səudiyyə Ərəbistanı ona əməl edəcək”, - deyə Adil Əl-Cübeyr Londonda jurnalistlərə bildirib.   

Adil Əl-Cübeyr hasilatın həcmini artırmağa çalışan İranın razılaşmanın əldə olunmasına mane ola biləcəyini bildirib: “Rusların mövqeyi bizim mövqe ilə daha çox üst-üstə düşür”, deyə nazir vurğulayıb.

 Qeyd edək ki, sentyabrın 5-də Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarında sabitliyin qorunması üçün birgə addımların atılmasına dair razılaşma əldə olunub.

0
10