Əsgərlərə dəstək məqsədilə: Ali baş komandanımız, əmrinizdəyik! – VİDEO

Əsgərlərə dəstək məqsədilə: Ali baş komandanımız, əmrinizdəyik! – VİDEO

Layihənin rəhbəri və ideya müəllifi Taleh Orucovdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə cəbhə bölgəsində olan əsgərlərimizə dəstək məqsədilə “Ali baş komandanımız, əmrinizdəyik!” adlı layihə təqdim olunub.

Oxu.Az xəbər verir ki, layihənin rəhbəri və ideya müəllifi Azərbaycan Kapoeyra Federasiyasının Fəxri Prezidenti Taleh Orucovdur. Fotoqraf və dizayner Asif Bəşirovdur.

Sözügedən layihədə Azərbaycanın tanınan idmançıları, Olimpiya, Dünya və Avropa çempionları, millət vəkilləri və federasiya rəhbərləri iştirak edib.

Layihənin məqsədi Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov başda olmaqla bütün idman ictimaiyyətinin döyüşə hazır olduğunu göstərmək, döyüş bölgəsində olan igid əsgərlərimizə dəstək olmaqdır.

0
25