Aparıcı Azər ikinci dəfə evlənir

Aparıcı Azər ikinci dəfə evlənir

Aparıcı Azər İsmayılov ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.

Oxu.Az xəbər verir ki, Azər İsmayılov Teleqraf.com-a açıqlamasında toyunun sentyabrın 24-də baş tutacağını deyib: “Sevdiyim xanımla evlənirəm. Əsas odur ki, xoşbəxtəm, ailəm olacaq. Xanımın hansı sahədə çalışdığını demək istəmirəm”.

Aparıcı ilk evliliyi haqda danışmaq istəməyib: “Övladım başımın tacıdır. Hər zaman atası olaraq arxasındayam. Onun heç bir şeyə aidiyyatı yoxdur”.

Xatırladaq ki, Azər İsmayılov aparıcı Vüsalə Əlizadə ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb və bir qızları var.

0
81