Hakan Şükürə daha bir cinayət işi açılıb

Hakan Şükürə daha bir cinayət işi açılıb

Türkiyənin və "Qalatasaray"ın əfsanəvi futbolçularından olan Hakan Şükürə daha bir cinayət işi açılıb.

Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə,  İsmayıl Loyan adlı vətəndaş  Hakan Şükür tərəfindən "Twitter" səhifəsində təhqir olunduğunu bildirərək prokurorluğa şikayət edib. O, şikayətində bildirib ki, Hakan Şükür Atatürklə əlaqədar yazı paylaşmasını görüb və onu təhqir edib.

Faktla bağla cinayət işi açılıb. Hakan Şükür barəsində prokurorluq 2 il 4 aya qədər həbs cəzası istəyib.

Qeyd edək ki, Hakan Şükür barəsində avqustun 16-da Fətullahçı Terror Təşkilatının üzv olduğu üçün barəsində həbs qərarı çıxarılıb.

Onu da qeyd edək ki, Hakan Şükür ailəsi ilə birgə ABŞ-da yaşayır. O bir müddət AKP-i parlamentdə təmsil edən millət vəkillərindən olub.

0
6