Beynəlxalq banka baş direktor təyin edilib

Beynəlxalq banka baş direktor təyin edilib

Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyində dəyişiklik baş verib.

“APA-Economics” xəbər verir ki, Abbas Nəsibov bankın baş direktoru təyin olunub. Qeyd edək ki, A. Nəsibov bundan öncə "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, A. Nəsibov Elmir Həbibullayevi əvəzləyib. Sonuncu bundan əvvəl İdarə Heyətinin sədr müavini təyin olunub.

0
11