(R) "DəmirBank"ın Baş ofisinə vakansiyalar

(R) "DəmirBank"ın Baş ofisinə vakansiyalar

DəmirBank Maliyyə Nəzarəti Departamentində Büdcə Planlaşdırılması və Təhlil şöbəsinə mütəxəssis vakansiyası və  Daxili Audit Departamentinə “Auditor” vakansiyası üçün namizədləri seçim prosesinə dəvət edir.

Büdcə Planlaşdırılması və Təhlil şöbəsinə mütəxəssis vakansiyası üzrə namizədə qarşı tələblər:
•    Ali təhsil (maliyyə, iqtisadiyyat və ya menecment sahəsi);
•    Maliyyə təhlilinin aparılması qabiliyyəti olmalı;
•    Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
•    Analitik təhlil qabiliyyətinə sahib olmalı;
•    Komandada işləmək bacarığı olmalı;
•    Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
•    Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı.
               
Auditor vakansiyası üzrə namizədə qarşı tələblər:
•    Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
•    Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
•    Analitik təhlil qabiliyyətinə sahib omalı;
•    Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı;
•    Azərbaycan dilini mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
•    Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı;
•    Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında bilikləri olmalı;
•    Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmalı;
•    Bank əməliyyatlarının bütün aspektləri ilə tanışlığı olmalı;
•    Məsuliyyətli olmalı və faktların müəyyən edilməsi bacarığına sahib olmalı;
•    Hesabatın hazırlanması və yazılması bacarığı olmalı.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər 12 sentyabr 2016-cı il tarixinədək öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını Email-in mövzu hissəsində qeyd etməyiniz xahiş olunur.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

0
13