Əməkdar artist əməliyyat olunub - FOTO

Əməkdar artist əməliyyat olunub - FOTO

Əməkdar artist Coşqun Rəhimov növbəti dəfə cərrahiyyə əməliyyatı olub. Lent.az-ın məlumatına görə, bu barədə aktyorun dostu, ssenarist Müşviq Abbasov bildirib. O, C. Rəhimovun əməliyyatının 3 saat davam etdiyini deyib: “ Əməliyyat çox uğurlu keçdi. Coşqunun ailə üzvləri, dostları, “Bu şəhərdə” kollektivi və tamaşaçıları adından Neftçilər xəstəxanasının bütün kollektivinə, rəhbərliyinə və müstəsna olaraq əməliyyatda zəhməti olan həkimlərə - Araz, İradə, Tural, Fikrət, Lalə, Həsən, İradə, Bikə, Leyli, Eldara  öz minnətdarlığımızı bildiririk. Çox sağ olun, dostlar! Qismət olsun indən sonra sizin xəstəxanada yox, bizim konsertlərdə görüşək”.

Xatırladaq ki, 2011-ci ildə C. Rəhimovun boğazında şiş aşkarlanıb. Əməliyyat edilən aktyor bir müddət radioaktiv yod qəbul edib.

0
7