Qarabağda daha bir erməni hərbçi ölüb

Qarabağda daha bir erməni hərbçi ölüb

Ermənistan İstintaq Komitəsi müqavilə əsasında xidmət edən gizir Qeqam Yeqiazaryanın ölümünün səbəblərini araşdırır.

Oxu.Az News.am saytına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Q.Yeqiazaryanın meyiti sentyabrın 5-də saat 15:30 radələrində yol kənarındakı qayalıqlardan tapılıb.

Hadisənin baş verdiyi əraziyə baxış keçirilib, ekspertiza təyin edilib.

A.M.

0
5