Akif Çovdarovun işinə Hərbi Məhkəmədə baxılacaq

Akif Çovdarovun işinə Hərbi Məhkəmədə baxılacaq

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları məhkəmə icraatına verilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, A.Çovdarov və onunla birgə tutulan digər dörd “MTN”-çinin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

Məhkəmənin vaxtı, qapalı və ya açıq keçiriləcəyi hələlik məlum deyil.

A.M.

0
6