Bağdadın mərkəzində terror aktı: Ölənlər var

Bağdadın mərkəzində terror aktı: Ölənlər var

İlkin məlumata görə, 12 nəfər ölüb.

Bağdadın əhalinin sıx olduğu rayonunda baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb, daha 28 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Assoşieyted Press”ə hüquq-mühafizə orqanlarında olan mənbələr və həkimlər bildiriblər.

Partlayıcı ilə dolu olan avtomobil bazar ertəsi Əl-Karrada rayonunda parkinqlərin birinin yanında partlayıb.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

0
10