Bakıda evə basqın: İçərisində 10 min manatlıq qızıl olan seyf oğurlandı

Bakıda evə basqın: İçərisində 10 min manatlıq qızıl olan seyf oğurlandı

Hadisə aprelin 2-də baş verib.

Bakıda içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyf oğurlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə aprelin 2-də baş verib.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oqtay İbrahimova məxsus evdən içərisində 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Emil Əliyev tutulub.

0
24