Qarabağda ölən erməni əsgəri işgəncəyə məruz qalıb

Qarabağda ölən erməni əsgəri işgəncəyə məruz qalıb

Tibbi-məhkəmə ekspertizasının məlumatına görə, bu ilin iyunun 17-də meyiti idman meydançasında aşkarlanan Qrant Qriqoryanın cəsədi üzərində çoxlu sayda qara qançırlar olub.

Oxu.Az xəbər verir ki, bu barədə NEWS.am müxbirinə əsgərin atası Qaruş Qriqoryan bildirib.

Onun sözlərinə görə, oğlunun dirsəkdən yuxarı hissəsi gömgöy idi. Görünür, onun qollarını sıxıblar. Ekspertiza həmçinin onun ölümünə səbəbin odlu silahdan açılan atəşin olduğunu təsdiqləyib.

Xatırladaq ki, cinayət işi “intihar həddinə çatdırmaq” maddəsi ilə açılıb.

Bölük komandiri V.Blayan həbs edilib. Ona qarşı tabeçiliyində olan adamın döyülməsi və təhqir etməkdə ittiham edilib.

N.O.

0
7