Azərbaycanda ziyarətgahlara qarşı vandalizm aktı törədilib - FOTO

Azərbaycanda ziyarətgahlara qarşı vandalizm aktı törədilib - FOTO

Yerli sakinlər narahatdırlar.

Xaçmazda ziyarətgahlara qarşı vandalizm aktı törədilib. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Rusiya ilə sərhəddə yerləşən Yalama qəsəbəsində qeydə alınıb. Adıçəkilən ərazidə 2 ziyarətgaha naməlum şəxslər od vurub.

Məlumat verilir ki, Xanoba pirindən sonra Yalama qəsəbəsindəki Molla Əhməd pirində də yanğın qeydə alınıb.

Molla Əhməd ziyarətgahı yanğın nəticəsində bərbad hala düşüb. Bundan əvvəl yandırılan Xanoba kəndindəki Qışlaqbaba piri də eyni vəziyyətdədir. Pirlərə od vurulması yerli sakinlərin narahatlığına səbəb olub.

Hələlik yanğının kim tərəfindən törədilməsi bilinmir.

Hadisələrlə bağlı müvafiq dövlət və hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

0
15