Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib

Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.

Olimpiadanın mətbuat xidmətindən Oxu.az-a verilən məlumata görə, hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşacaq.

4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. Azərbaycanın ikinci komandası Türkmənistanla, üçüncü yığma isə Zimbabve ilə üz-üzə gələcək.

Daha əvvəl Zimbabve Azərbaycanın əsas yığmasına uduzub. Türkmənistan isə üçüncü milliyə qalib gəlib.

Hazırda Azərbaycanın 1-ci komandası 8 xalla 2-ci, 2-ci komandamız 6 xalla 27-ci, 3-cü komandamız isə 4 xalla 71-ci pillədə qərarlaşıb.

Qadınlardan ibarət əsas yığmanın rəqibi Almaniya olacaq. İkinci milli İspaniyanı, üçüncü komanda Özbəkistanı sınağa çəkəcək.

4 turdan sonra Azərbaycanın 1-ci komandası 7 xalla 11-cidir. 2-ci komandamız 5 xalla 34-cü, eyni xala malik 3-cü komandamız 39-cu pillədə yer alıb.

Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb.

Z.C

0
7