Şahin Zəkizadə ağır xəstəliyə tutulub

Şahin Zəkizadə ağır xəstəliyə tutulub

Tanınmış rejissor Şahin Zəkizadə ağır xəstəliyə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Kapoeyra Federasiyasının fəxri prezidenti Taleh Orucov sosial şəbəkədə məlumat yayıb.

“Dəyərli dostlarım! Şahin qardaşımız möhkəm xəstədir. Dualarınıza böyük ehtiyacı var.
Allah qardaşımıza şəfa versin!”, - deyə T.Orucov yazıb.

Rəqqasə Aytən isə rejissoru ziyarət edərək onun Türkiyədə müalicə almalı olduğunu və bunun üçün Ş.Zəkizadəyə yardım edilməsini xahiş edib.

0
381