Azərbaycanda “zibillik”dən qədim əşya tapıldı – FOTO

Azərbaycanda “zibillik”dən qədim əşya tapıldı – FOTO

Tərtər rayonunda yaşı iki əsr əvvələ aid olan qədim kilim tapılıb.

Oxu.Az xəbər verir ki, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlovun Report-a verdiyi məlumata görə, kilim yerli sakin Aybəniz Məmmədova tərəfindən Ədalət Paşayev küçəsindəki məişət tullantıları toplanan ərazidən tapılıb.

Araşdırma zamanı məlum olub ki, həmin kilim XVIII əsrə aiddir. Onun uzunluğu 4, eni isə 1,50 metrə yaxındır.

İki yüz ilə yaxın yaşı olan kilim Tarixşünaslıq muzeyinə təhvil verilib.

0
8