Referendumda “Exit poll” keçirmək istəyənlərə son gün

Referendumda “Exit poll” keçirmək istəyənlərə son gün

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar bır sıra prosedurlar bu gün başa çatır.

Oxu.Az trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermədə “Exit poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul müddəti sentyabrın 6-da başa çatır.

Təqvim planına əsasən, həmçinin bu gün səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi müddəti sona çatır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Z.C

0
9