Sərhəddə “konfet-civə” əməliyyatı - FOTO

Sərhəddə “konfet-civə” əməliyyatı - FOTO

DGK məlumat yaydı.

İnsan sağlamlığına və ətraf mühitə ciddi təhlükə törədən maddələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirləri çərçivəsində gömrükçülər 636,14 qram civənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, xüsusi təhlükəli maddə Rusiya Federasiyasından Azərbaycana gələn Qazaxıstan vətəndaşından aşkar olunub. 

Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunda piyada yolla ölkəmizə gələn həmin şəxsin əl yükü olan 1 ədəd çantaya “Heiman Smith” markalı rentgen aparatında gömrük baxışı keçirilib. 

Çantadakı konfetlərin arasında şübhəli qaraltılar müşahidə olunduğundan yüklər qanunvericiliyin tələbləri çərçivəsində yoxlanılıb. Yoxlama zamanı çantadakı konfetlərin qablaşdırıldığı kağızlara bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən 3 ədəd flakonda çəkiləri 216,65 qram, 211,32 qram və 208,17 qram olmaqla, ümumilikdə çəkisi 636,14 qram olan civə aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.

0
17