Avtobus yük maşını ilə toqquşdu: 1 ölü, 38 yaralı

Avtobus yük maşını ilə toqquşdu: 1 ölü, 38 yaralı

Türkiyənin Tekirdağ vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbuldan Makedoniyaya yollanan turist avtobusu Malkara rayonu ərazisində yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 45 yaşlı Makedoniya vətəndaşı hadisə yerində ölüb, 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

   

0
7