Bağdadda partlayış: 9 ölü, 20 yaralı

Bağdadda partlayış: 9 ölü, 20 yaralı

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı dinc sakinlərdir.

Məlumata əsasən, paytaxtın şiələr yaşadığı Əl-Karrada rayonunda minalanmış avtomobil partladılıb.

Partlayışın gücündən ərazidə onlarla obyekt və avtomobil yanıb.  Terror aktına  görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

0
7