DÇ-2018 seçmə mərhələsinin oyunlarının - NƏTİCƏLƏRİ

DÇ-2018 seçmə mərhələsinin oyunlarının  - NƏTİCƏLƏRİ

DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Avropa zonasında daha 9 oyun keçirilib.

D, İ və G qruplarında baş tutan qarşılaşmalarda 18 komanda mərhələyə uğurlu start verməyə çalışıb.

Ən maraqla gözlənilən qarşılaşmalardan biri  İ qrupunda keçirilən Xorvatiya - Türkiyə oyunu olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Həmin qrupun Ukrayna – İslandiya matçında da eyni nəticə qeydə alınıb.


İspaniya - Lixteynşteyn matçı gözlənildiyi kimi birincilərin darmadağını ilə yekunlaşıb - 8:0.

İlk dəfə beynəlxalq arenada rəsmi oyun keçirən Kosova isə Finlandiya səfərində 1 xalla dönməyi bacarıb. Balkanlılar finlərin vurduğu bir qola eyni sayda qolla cavab verə biliblər.



DÇ-2018

Seçmə mərhələ

I tur
5 sentyabr

D qrupu

Gürcüstan – Avstriya - 1:2

Uels - Moldova - 4:0

Serbiya – İrlandiya - 2:2


İ qrupu

Finlandiya – Kosovo - 1:1

Xorvatiya - Türkiyə - 1:1

Ukrayna - İslandiya - 1:1

G qrupu

İspaniya - Lixtenşteyn - 8:0

Albaniya – Makedoniya - 1:1 (yarımçıq qalıb)

İsrail - İtaliya - 1:3

0
33