Liviyada iki İŞİD lideri məhv edildi

Liviyada iki İŞİD lideri məhv edildi

Liviya Milli Birlik Hökumətinə sadiq qoşunların Sirt şəhərində İŞİD terror qruplaşmasına qarşı həyata keçirdikləri əməliyyat davam edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, son iki sutka ərzində Sirt uğrunda döyüşlərdə İŞİD-in Liviydakı liderləri Yunis ət-Tərhuni və Hassuna əl-Fərcani məhv edilib.

Qruplaşmanın daha bir yüksək rütbəli üzvü Əbu Xattab əs-Suri isə Ben-Cavad şəhərində yaxalanıb.

Qeyd edək ki, avqustun 31-də endirilən hava zərbəsi nəticəsində İŞİD-in Liviyadakı “mufti”si Həsən əl-Kərimi öldürülüb.

0
9