Salyan sakini qonşusunu balta ilə qətlə yetirib

Salyan sakini qonşusunu balta ilə qətlə yetirib

Həbsxanadan təzəcə çıxmış 41 yaşlı Salyan sakini balta ilə qətlə yetirilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Salyan şəhəri, Tale Davudzadə küçəsində yaşayan əvvələr məhkum olunmuş 41 yaşlı Elçin Eldar oğlu Babayev balta ilə qətlə yetirilib. Onun meyitini evə qayıdan bacısı aşkar edib.

Bir müddət sonra Elçin Babayevin qonşusu- 40 yaşlı, əvvələr 2 dəfə məhkum olunmuş Quliyev Seymur Seyran oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. S.Quliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda cianyət işi açılıb, araşdırma aparılır.

0
7