Nyu-Yorkda silahlı insident: 2 ölü, 3 yaralı

Nyu-Yorkda silahlı insident:  2 ölü, 3 yaralı

Nyu-Yorkda Əmək gününə həsr olunan ənənəvi küçə festivalı keçirilən zaman naməlum şəxslər ətrafdakı insanlara atəş açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir kişi və bir qadın ölüb.

Daha 3 nəfər, o cümlədən 72 yaşlı qadın xəsarət alıb. Hələlik insidentin səbəbləri bəlli deyil. Polis cinayətkarların axtarışı üzrə əməliyyat tədbirləri aparır.

0
7