Azərbaycan Rusiyaya müşahidəçilər göndərəcək

Azərbaycan Rusiyaya müşahidəçilər göndərəcək

Azərbaycan, Belarus, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Boliviya və İraq Rusiyanın Dövlət Dumasına keçiriləcək seçkilərin beynəlxalq müşahidəsində iştirak etmək istədiklərini təsdiqləyiblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü məlumat verib.

Bundan öncə MSK 7-ci çağırış Dövlət Dumasına keçiriləcək seçkilərin beynəlxalq müşahidəsində iştirak etmək üçün 40-dan çox ölkənin seçki komissiyasına dəvət göndərib.

“Belarus təsdiq edib, onların iki MSK üzvü gələcək. Azərbaycanın Mərkəzi Seçki Komissiyası təmsil olunacaq”, — deyə Rusiya MSK-sında beynəlxalq qarşılıqlı fəaliyyət məsələlərinə rəhbərlik edən Lixaçyev bildirib.

0
11