Türkiyədə münsif qadın saxlanıldı

Türkiyədə münsif qadın saxlanıldı

Türkiyədə bir çox verilişlərdə münsif və iştirakçı kimi məşhurlaşan 61 yaşlı Səma Çələbi ölkədən qaçarkən saxlanılıb.

Lent.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, o, İstanbulda qeyri-qanuni tikinti aparmaqda təqsirli bilinərək haqqında başqa ölkəyə getmək qadağası və saxlanılma qərarı verilib.

Səma Çələbi bu qərara baxmayaraq ölkədən Yunanıstanın Sisam adasına qaçmaq üçün Quşadası limanına gələrək bilet alıb. O, şəxsiyyət vəsiqəsinin yoxlanışı zamanı polislər tərəfindən saxlanılıb və Quşadası Təhlüksizlik İdarəsinə aparılıb.

0
9