Kişilərdən ibarət əsas yığmamızdan ardıcıl 4-cü qələbə

Kişilərdən ibarət əsas yığmamızdan ardıcıl 4-cü qələbə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib. Təmsilçimiz bu turu da itkisiz başa vurub - 1:3.

İkinci millimiz isə görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib - 0.5:3.5.

Üçüncü yığmamız digərlərindən fərqli olaraq Türkmənistana məğlub olub - 0.5:3.5.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşıb. Xanımlarımız bərabərliyə razılaşıb - 2:2. İkinci millimiz İtaliyaya qalib gəlib - 2.5:1.5. Üçüncü komandamız isə Braziliya ilə xalları yarı bölüb - 2:2.

0
8