İran gündəlik neft hasilatını 4 milyon barelə qədər artıracaq

İran gündəlik neft hasilatını 4 milyon barelə qədər artıracaq

İran yaxın 2-3 ay ərzində gündəlik neft hasilatını 4 milyon barel səviyyəsinədək artırmaq niyyətindədir.

Oxu.Az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Dövlət Neft Şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Möhsen Qapsari bildirib.

Artırma əsasən İranın cənub-qərbində, İraq ilə sərhəddə “Qərbi Karun” yatağında hasil edilən neftin hesabına olacaq.

N.O.

0
12