Messi karyerasını “Barselona”da bitirmək istəmir

Messi karyerasını “Barselona”da bitirmək istəmir

Lionel Messi yenidən futbola başladığı Argentinada çıxış etmək istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə Leo özü ölkəsinin mətbuatına açıqlama verib.

“Barselona”ya qədər 6 il futbol oynadığı “Nyuels Old Boys”a dönmək arzusunu dilə gətirən hücumçu bildirib ki, karyerasının sonlarında mütləq bir müddət doğma klubunda çıxış edəcək.

Qeyd edək ki, ötən günlərdə Argentina təmsilçisinin prezidenti də ulduz futbolçunun yenidən karyerasına başladığı klubda çıxış edə biləcəyini bildirmişdi.

0
7