Avropa parlamenti Gürcüstanla viza rejiminin ləğvinin lehinə səs verib

Avropa parlamenti Gürcüstanla viza rejiminin ləğvinin lehinə səs verib

Avropa parlamentinin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

Qeyd olunur ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında təsdiqlənməlidir.

Avropa parlamentinin Komitəsi həmçinin Kosovo vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

0
6