Kabildə partlayış: 30 ölü

Kabildə partlayış: 30 ölü

Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.

Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

0
7