Avroparlament Gürcüstanla viza rejiminin ləğvinin lehinə səs verdi

Avroparlament Gürcüstanla viza rejiminin ləğvinin lehinə səs verdi

Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

Qeyd olunur ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında təsdiqlənməlidir.

Avroparlamentin Komitəsi həmçinin Kosovo vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

0
8