Ərdoğan Aİ rəhbərləri ilə vizanın ləğvini müzakirə edib

Ərdoğan Aİ rəhbərləri ilə vizanın ləğvini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İtaliyanın Baş naziri Matteo Rentsi ilə dördtərəfli formatda görüş keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi Anadolu agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət başçıları görüşdə Türkiyə vətəndaşları üçün Aİ-yə vizaların ləğvi də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

Müzakirələrdən sonra R.T.Ərdoğan və F.Olland ikitərəfli görüş keçirib.

Türkiyənin “Haberturk” qəzetinin yaydığı məlumata görə, Aİ və Türkiyə viza rejiminin ləğv edilməsinə dair razılığa gəliblər.

Qzetin məlumatına görə, bu razılıq Aİ üzv ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində əldə edilib.

Qeyd edilir ki, Aİ və Türkiyə arasında vizasız rejim cari ilin oktyabr ayının əvvəlində və ya sonunda qüvvəyə minəcək.

N.O.

0
4