Azad Suriya Ordusu daha 7 kəndi azad etdi

Azad Suriya Ordusu daha 7 kəndi azad etdi

Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu  daha 7 kəndi terrorçulardan təmizləyib.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığının açıqlamasında bildirilir.

Məlumata görə, Türkiyə ordusu İŞİD terror qruplaşmasının mövqelərinə 99 zərbə endirib.

Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

0
3