Xalq artistinin imtina etdiyi idmançı nəvəsi vəfat edib - FOTO

Xalq artistinin imtina etdiyi idmançı nəvəsi vəfat edib - FOTO

Xalq artisti, aktyor Tariyel Qasımovun imtina etdiyi nəvəsi, paraolimpiyaçı Fariz Kərimli vəfat edib.

Lent.az musavat.com-a istinadən xəbər verir ki, uzun illərdir, ürəyində və ağciyərində yaranmış ciddi xəstəlik ucbatından oksigen çatışmazlığından, boğulmadan əziyyət çəkən paraolimpiyaçının ölümü barədə sosial şəbəkədə yaxınları məlumat yayıb.

Qeyd edək ki, xalq artisti Tariyel Qasımovun imtina etdiyi nəvəsi Fariz Kərimli hələ 3 yaşında olarkən angina xəstəliyinə tutulub, nəticədə onda sümüklərin deformasiyası xəstəliyi yaranıb. 27 yaşlı gəncin təkcə ürəyində və ağciyərində deyil, həmçinin böyrəklərində də ciddi problem olub.

Xatırladaq ki, uzun illərdir, müxtəlif xəstəliklərin əsirinə çevrilən Fariz Kərimli aktiv həyat tərzi keçirərək, Paraolimpiya Oyunlarında iştirak edib, Azərbaycan çempionatında birincilik qazana bilib. Onun 2013-cü ildə ”Acı taleyim" adlı şeirlər kitabı çapdan çıxıb.

0
8