Gürcüstanda azərbaycanlı gəncin qətili saxlanıldı

Gürcüstanda azərbaycanlı gəncin qətili saxlanıldı

Hər ikisi kənd məscidində birgə namaz qılıblar.

Keçən il dekabrın 27-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndi sakini, 23 yaşlı Fikrət Əhmədovun ölümündə təqsirli bilinən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Poniçala kənd sakini, 30 yaşlı Ramin İsayevdir.  

R. İsayev yaxın dostu F. Əhmədova bıçaqla xəsarət yetirdikdən sonra qaçıb. İki gün sonra isə F. Əhmədov xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən R. İsayev haqqında axtarış elan edildikdən sonra o, Dəryal dərəsindəki sərhəd-keçid məntəqəsində saxlanılıb.

Qeyd edək ki, cinayəti törədən R. İsayev həm də F. Əhmədovun yaxın qohumudur. Hər ikisi kənd məscidində birgə namaz qılıblar. Sonralar R. İsayev vəhhabilərə qoşulub və F. Əhmədovu “İmedi” televiziya kanalına açıqlama verdiyi üçün bıçaqlayıb.

Xatırladaq ki, 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı Soğanlıq (Poniçala) kəndində aksiya keçirilib. Kənd sakinləri radikal vəhhabiliyin yayılmasına etiraz ediblər. Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!", "Vəhhabilik İslam deyil!" və digər şüarlar səsləndiriblər.

0
21