Nicat Rəhimova Astanada mənzil hədiyyə edildi

Nicat Rəhimova Astanada mənzil hədiyyə edildi

Qazaxıstan yığmasına qızıl medal gətirmiş atlet Nicat Rəhimova Astanada üçotaqlı mənzil hədiyyə edildi.

Oxu.Az sports.kz-a istinadən xəbər verir ki, N.Rəhimova yeni mənzilinin açarlarını vilayətin Atırausk vilayətinin valisi Nurlan Noqayev təqdim edib.

“Nicat Rəhimov öz qələbəsi ilə Qazaxıstan idmanına güclü təkan verdi, bizdə bunun üçün hər şey mövcuddur. Onun ölkə üçün qazandığı ilk Olimpiya qızılı gənclər üçün əla motivasiya oldu”, - N.Noqayev deyib.

Xatırladaq ki, Rio-de-Jeneyroda keçirilən Olimpiya Oyunlarında 77 kq çəki kateqoriyasında çıxış edən, ümumilikdə 379 kq ağrılıq qaldıraraq qızıl medal qazanan Nicat Rəhimov Qazaxıstan üçün ilk qızıl medalı qazanıb.

N.O.

0
5