Nicat Rəhimova paytaxtda 3 otaqlı mənzil verdilər - FOTO

Nicat Rəhimova paytaxtda 3 otaqlı mənzil verdilər - FOTO

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, yığmamızdan imtina edərək, Qazaxıstan bayrağı altında Olimpiya çempionu olan həmyerlimiz Atrau vilayətinin rəhbərliyinin xüsusi hədiyyəsinə layiq görülüb.

Vilayətin akimi Nurlan Nuqayev idmançıya paytaxt Astanada 3 otaqlı mənzil bağışlayıb.

Rio mükafatçılarının şərəfinə təşkil olunan görüşə Nicatın atası, anası və kiçik bacısı da qatılıb. Yerli gənc idmançıların da qatıldığı tədbir konsertlə davam etdirilib.

Rəhimov dəstəyə görə vilayət rəhbərliyinə təşəkkür edib: “Qazaxıstan xalqına minnətdaram ki, məni dəstəkləyib. Atrau vilayətinin sakinlərinə də təşəkkür edirəm. Mən bura 2014-cü ildə gəldim və həmişə dəstək gördüm. Belə qəbul üçün hər birinizə “çox saq ol” deyirəm. Bütün bunları gördükcə növbəti qələbələr üçün enerji ilə yüklənirəm”.

0
3