Bakının iki rayonunda su fasilələrlə veriləcək

Bakının iki rayonunda su fasilələrlə veriləcək

Sabah Abşeron və Bakının Sabunçu rayonunun bəzi qəsəbələrinin içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Bilgəh–Novxanı–Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan–Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

Bununla əlaqədar sentyabrın 6-da gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun Ramana və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

A.M.

0
3