Obama Putinlə nədən danışdı? - AÇIQLAMA

Obama Putinlə nədən danışdı? - AÇIQLAMA

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə danışıqların detallarını açıqlayıb.

APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, iki lider arasında danışıqlar, açıq, səmimi, işgüzar müstəvidə aparılıb və planlaşdırıldığından uzun sürüb. ABŞ prezidenti Suriya məsələsini müzakirə etdiklərini deyib: “Biz atəşkəsin bərpası rejiminin reallıqda necə görünə biləcəyi ilə bağlı məhsuldar danışıqlar apardıq. Bu, bizə əsas diqqəti İŞİD, “Cəbhat ən-Nüsra” kimi ümumi düşmənlərimizlə mübarizəyə yönəltməyə imkan verəcək”.

B. Obama əlavə edib ki, hər iki prezident xarici işlər nazirlərinə Suriya məsələsi üzrə razılaşmanın əldə olunması istiqamətində işi davam etdirməyi tapşırıb.

0
3