Yaraqlılar Moskvada polis postuna hücum ediblər – VİDEO (+18)

Yaraqlılar Moskvada polis postuna hücum ediblər – VİDEO (+18)

İnternetdə avqustun 17-də Moskva yaxınlığında, Şelkov yolunda YPX postuna hücumun eksklüziv kadrları yayılıb.

Oxu.Az life-a istinadən xəbər verir ki, kadrlarda polisin yaralı həmkarı Mixail Balakina kömək etməsi əks olunub və o, sonradan xəstəxanda keçinib.

Kadrlarda başı qana bulanmış asayiş keşikçisi yerdə uzanıb. Arxa planda insanların qışqırıqları eşidilir. Onlar yolda olan təcili tibbi yardım maşınını tələsdirməyə cəhd edirlər.

Xatırladaq ki, avqustun 17-də Balaşixin rayonunda Açxa-Martanov rayonunun sakinləri - 21 yaşlı Usman Murdalov və 18 yaşlı Sulim İsrailov YPX postuna hücum ediblər. Hücum edən şəxslərdə balta və odlu silah olub.

Hər iki cinayətkar zərərsizləşdirilib: biri hadisə yerində güllələnib, digəri meşədə gizlənməyə cəhd edib və saxlanılan zaman müqavimət göstərib.

0
11