Abutalıbov Astana şəhərinin meri ilə görüşüb

Abutalıbov Astana şəhərinin meri ilə görüşüb

Bakıda səfərdə olan Astana şəhərinin meri Aset İsekeşev və Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında görüş keçirilib.

Report–a bildiriblər ki, tərəflər iki paytaxtın aktual əməkdaşlıq məsələlərini, eləcə də qarşılıqlı əlaqələrin perspektiv istiqamətlərini müzakirə ediblər.

H.Abutalıbov qeyd edib ki, Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir və iki ölkə arasında münasibətlər hər zaman yüksək etimad səviyyəsində olub.

A. İsekeşev həmkarına qonaqpərvərliyə görə, təşəkkürünü bildirib, qarşıdakı “Astana Ekspo-2017” Beynəlxalq sərgisi haqqında xatırladıb və H.Abutalıbovu həmin sərgiyə dəvət edib.

Qeyd edək ki, A.İsekeşevin Bakıya səfəri çərçivəsində, həmçinin Azərbaycanın energetika naziri, “Astana Ekspo-2017”-də Azərbaycanın milli seksiyasının komissarı Natiq Əliyevlə də görüş nəzərdə tutulub.

0
5