“PAŞA Sığorta” şirkətinin fəaliyyət göstərməsi üçün sığorta lisenziyası qüvvədədir

“PAŞA Sığorta” şirkətinin fəaliyyət göstərməsi üçün sığorta lisenziyası qüvvədədir

“PAŞA Sığorta” şirkətindən redaksiyamıza müraciət olunaraq 2 gün əvvəl yayımlanan xəbərə açıqlama verilib.

Oxu.Az xəbər verir ki, şirkət nümayəndəsinin verdiyi açıqlamaya əsasən “PAŞA Sığorta” şirkətinə verilmiş 01 iyul 2011-ci il tarixli, 000440 saylı, 476 qeydiyyat nömrəli müddətsiz lisenziya sənədinin orijinal nüsxəsi itib. Bu səbəbdən həmin orijinal nüsxənin etibarsız hesab edilməsi üçün mətbuatda elan yerləşdirilməsi zərurəti yaranmışdır.

Lakin bu şirkətin fəaliyyət göstərməsi üçün heç bir əngəl yaratmır. Artıq “PAŞA Sığorta” şirkəti lisenziya sənədinin yeni surətinin alınması üçün müvafiq orqana müraciət edib və ən qısa müddətdə məsələnin həll olunacağı gözlənilir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

0
4