Azərbaycanda sulu qar yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanda sulu qar yağacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

N.O

0
5