Şimon Peres xəstəxanaya yerləşdiriləcək

Şimon Peres xəstəxanaya yerləşdiriləcək

Bu gün İsrailin keçmiş prezidenti Şimon Peresin ürəyində cərrahiyyə əməliyyatı ediləcək.

Oxu.Az israelonline saytına istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının ofisindən bildirilib.

Məlumata əsasən, onun ürəyinə kardio-stimmulyator (ürəyin fəaliyyətini tənzimləyən kiçik qurğu) quraşdırılcaq.

Şimon Peresin sentyabrın 6-da xəstəxanadan çıxacağı gözlənilir.

Xatırladaq ki, bu il iyulun 29-da keçmiş dövlət başçısı özünü pis hiss edib. Həkim Şimon Peresə ürək ritminin pozulması diaqnozunu qoyub.

Avqustun 2-də onun 93 yaşı tamam olub.

0
4