Uşaqlarına Fətullah Gülənin adını qoyan işadamı tutuldu

Uşaqlarına Fətullah Gülənin adını qoyan işadamı tutuldu

Türkiyədə FETO istintaqı ilə bağlı daha 4 iş adamı həbs edilib.

Lent.az-ın sözcü-yə istinadən məlumatına , Balıkesirin Gökçe mahalında  FETO araşdırması zəminində  saxlanılan 5 iş adamından 4-ü həbs edilib. Onların sırasında Ədalət və İnkişaf Partiyasının üzvü, E.O. adlı iş adamı da var.

E.O-nun evində yoxlamalar zamanı şifrəli 1 dollar tapılıb.

E.O ilə birgə həbs edilən digər iş adamının isə uşaqlarına Fətullah və Gülən adları qoyduğu ortaya çıxıb.

0
4