® “Tələbə Yay Təcrübə Proqramı-2016” başa çatdı

® “Tələbə Yay Təcrübə Proqramı-2016” başa çatdı


   Azercell Telekom MMC-nin “Tələbə Yay Təcrübə Proqramı-2016” uğurla başa çatıb və şirkət tərəfindən tələbələr üçün sertifikatların təqdim olunma mərasimi keçirilib. Mərasimdə təcrübə proqramında iştirak edən gənclər və şirkət nümayəndələri iştirak ediblər.

   Tədbirdə çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu il Azərbaycanın dövlət və eləcə da özəl ali təhsil ocaqlarından 18 tələbənin yay təcrübə proqramında iştirak etmək imkanı qazandığını və bu tələbələrin əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universitetindən olduqlarını qeyd edib. Bildirib ki, tələbələrinin yer aldığı “Yay Təcrübə Proqramı” telekommunikasiya sahəsinin lideri olan Azercell-də universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradıb”.

telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak ediblər. Gənclər təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq görüşdə 5 dəqiqəlik təqdimatla çıxış ediblər.

   2008-c ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 102 tələbə Azercellin Yay Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 15-i isə şirkətdə işlə təmin olunublar. Beləliklə, bu proqram təcrübə əldə etməklə, yanaşı gənclərin gələcək karyera inkişafına da yardımçı olur. 

   Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.




Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

0
3