Latun və tunc üçün rüsum dərəcəsi 20 dəfəyə qədər artırıldı

Latun və tunc üçün rüsum dərəcəsi 20 dəfəyə qədər artırıldı

Sabahdan Azərbaycandan ixrac edilən latun və tunc üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

İndiyə qədər Azərbaycandan ixrac edilən bütün mis və mis məmulatlarına 1000 kq üçün 15 dollar olmaqla ixrac rüsum dərəcəsi tətbiq edilib.

Dəyişikliyə əsasən, ixrac edilən miss və miss məmulatlarının bir qismi üçün fərqli ixrac rüsum dərəcəsi tətbiq ediləcək.

Başqa sözlə, saflaşdırılmamış mis (elektrolitik saflaşdırma üçün mis anodlar), mis və sink əsasında ərintilər (latun), mis və qalay əsasında ərintilər (tunc), digər mis ərintiləri (liqaturalardan başqa), mis tullantıları və qırıntılar (saflaşdırılmış misin və miss ərintilərinin) Azərbaycana ixracı zamanı həmin malların gömrük dəyərinin 10 faizi, lakin 1000 kq-a 300 dollardan az olmamaqla ixrac rüsum dərəcəsi tətbiq ediləcək.

Beləliklə, Azərbaycana ixrac edilən bu növ mis və mis məmulatları üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır.

Bu qərar 5 il müddətində qüvvədədir.

0
5