İsrail Suriyaya hücum edib

İsrail Suriyaya hücum edib

Xəsarət alanlara dair məlumat yoxdur.

Sentyabrın 4-də axşam saatlarında Holan yüksəkliklərinin İsrail hissəsinin minaatanlardan atəşə tutulmasına cavab olaraq, İsrail ordusu Suriya ərazisinə zərbələr endirib.

Oxu.Az Newsru-ya istinadən xəbər verir ki, hücumun hədəfi Suriya ordusunun artilleriya mövqeləri olub.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, Suriya ərazisinə “Tamuz” raketi atılıb.

Endirilən zərbə nəticəsində xəsarət alanlara dair məlumat yoxdur.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ərazilərinin atəşə tutulmasına görə məsuliyyəti Suriya ordusu daşıyır.

0
7